AZ

Ukrayna Rusiyanın daha birgəmisini məhv edib

Ukrayna hərbçiləri Rusiyanın daha bir “Kovrovets” mina gəmisini məhv ediblər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin (USQ) Hərbi Dəniz Qüvvələri xəbər verir.

“Bu gecə Ukrayna müdafiə qüvvələri Rusiya Qara Dəniz Donanmasının 266 M layihəli “Kovrovets” gəmisini məhv edib”, – məlumatda bildirilir.

266 M layihəli “Kovrovets” – mina gəmisidir. Onun əsas vəzifəsi gəmilərə nəzarət etmək, kəşfiyyat və yoxlama aparmaq, mina sahələrində dəhlizlər çəkmək və minalanmada iştirak etməkdir. Bu gəmi 1974-cü ildə SSRİ donanmasına daxil edilib və əvvəlcə “Kursk Komsomolets” adlandırılıb. 1992-ci ildə ona “Navodçik” adı verilib və artıq 1999-cu ildə indiki adını alıb. “Kovrovets” Atlantik okeanında, Fars körfəzində əməliyyatlarda iştirak edib, Suriya sahillərində patrul olub. 2016-2017-ci illərdə sözügedən mina gəmisi Rusiya Federasiyasının Aralıq dənizi donanmasına daxil edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
5
azpost.info

6Mənbələr