AZ

Bu gün İran-Azərbaycan əlaqələri tarixində unudulmaz gün kimi yadda qalacaq – İranlı nazir

Bu gün İran və Azərbaycan əlaqələri tarixində unudulmaz gün kimi yadda qalacaq.

Day.Az-ın məlumatına görə, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian bu gün (19 may) "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılış mərasimində deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan Araz çayı boyunca 420 km uzunluğunda müştərək mənafeyə sahibdir. Bu çay ötən 50 il ərzində iqtisadi, sosial və mədəni infrastrukturların inkişafı amili olub və iki ölkənin əməkdaşlıq və dostluq simvolu hesab olunur.

"İki ölkə arasında müştərək tikililər 1 milyard dollardan çox investisiya ilə ticarət və başqa regional əməkdaşlığın artması üçün imkanlar yaradıb. "Qız Qalası" hidroqovşağı Araz su bəndindən 208 km və "Xudafərin" hidroqovaşğındn 12 km aralıda Araz çayı üzərində iki ölkənin suyun tənzimlənməsi və elektrik istehsalı üçün tənzimlənib", - deyə o bildirib.

İranlı nazir deyib ki, "Qız Qalası" hidroqovşağı daşqınların idarə olunması, quraqlıq şəraitində suyun tənzimlənməsi, ikitərəfli öhdəliklərə uyğun sərhəd sularının bölünməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, ənənəvi kənd təsərrüfatının müasir kənd təsərrüfatına çevrilməsi, çoxsaylı təbii və tarixi cazibəlikləri nəzərə alaraq turizmin inkişaf etdirilməsi və ildə 540 gigavat elektrik enerjisinin istehsal olunması kimi məqsədləri daşıyır.

Mehrabian qeyd edib ki, 600 milyon dollar dəyərində vəsaitin xərclənməsi ilə "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının təkmilləşdirilməsi ilə Araz çayı üzərində tikilən su bəndləri və drenaj şəbəkələri istifadəyə veriləcək.

İranlı nazir "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının su diplomatiyası və iki ölkənin həmrəyliyinin möhkəmlənməsi amili adlandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
2
day.az

3Mənbələr