AZ

Leonardo zorla İtaliyaya aparıldı

Türkcədən başqa dil bilmir

  Atası türk, anası italyan olan 8 yaşlı Leonardo Maksimus Yiğitin qəyyumluğu anasına verildikdən sonra İtaliyaya aparılıb. Halbuki uşaq 3 yaşından 8 yaşınadək Türkiyənin İzmir şəhərində atasıyla birlikdə yaşayıb və türkcədən başqa dil də bilmir.Sherg.az” “Millliyet.com.tr”yə istinadən bildirir ki, Leonardonun atası Dəmirbilək Yiğit, anası isə İlaria Alassondra Sassonedir. Dəmirbilək Yiğit Berlində anadan olub, 2013-cü ildə İtaliyaya köçüb. Orada Florensiya Universitetində memarlıq ixtisası üzrə təhsil alan İlaria ilə tanış olub. Bu münasibətdən onların oğlu dünyaya gəlib. Bir müddət sonra cütlük ayrılıb. İtalyan məhkəməsi uşağın qəyyumluğunu ata ilə Anaya bərabər şəkildə verib. Uşağın harada yaşayacağına qərar vermək isə ataya həvalə olunub və Leonardo Maksimus adı verdikləri oğlu ilə birlikdə Dəmirbilək Yiğit İzmirə köçüb, orada yaşamağa başlayıblar. 1 il sonra İlaria məhkəməyə müraciət edərək oğlunun geri qaytarılmasını tələb edib. Məhkəmə davası 4 il çəkib. Nəhayət, məhkəmə uşağın İtaliyaya qaytarılması qərarı çıxarıb. Leonardo Maksimus Yiğit, məhkəmə hökmündən sonra polis əməkdaşlarının iştirakıyla anasına təhvil verilib. Həmin anlar cib telefonu kamerasıyla görüntüyə alınıb və sosial şəbəkədə paylaşılıb. Dəmirbilək Yiğit oğlunun ondan zorla alındığını, uşağın getmək istəmədiyini, böyük stress yaşadığını deyib: “Ortaq qəyyumluq qərarında uşağın harada yaşaması mənim öhdəmdə idi. Mən də oğlumla birlikdə İzmirə gəldim, burada yaşamağa başladıq. Zatən anası övladımıza kişik yaşlarından heç baxmırdı. 6 aydan sonra uşağa mən baxmışam, qulluq etmişəm. O, analıq vəzifəsini yerinə yetirməyib. İndi isə uşağı geri tələb edir. 5 il keçib aradan. Uşaq böyüyüb, özünü idarə edir, əlbəttə, indi uşağa baxmaq asandır. Bəs körpə vaxtı, o ana harada idi? Niyə bir dəfə də maraqlanmamışdı ki, körpə necədir, necə böyüyür, kim baxır ona? Leonardo İzmirdə böyüyüb, burada məktəbə gedib, dostları var. Bu mühitə alışıb. Bircə türk dilini bilir, bu dildə danışır. Amma məhkəmə bu uşağın İtaliyaya göndərilməsinə qərar verir. Belə ədalət olarmı?!”. Dəmirbilək Yiğit deyib ki, Leonardo babası tərəfindən zorla avtomobilə mindirilib. “Uşaq etiraz edirdi, getmək istəmirdi, yalvarırdı, ağlayırdı. Videolar var. Görüntülər qeydə alınıb. “Getmək istəmirəm” deyib, ağlayırdı. 8 yaşlı uşağın psixoloji vəziyyətini də nəzərə almadı, icra məmurları. Belə şey olarmı?!”, söyləyən ata, polis əməkdaşlarının da zalım davrandıqlarını deyib. Dəmirbilək Yiğit Türkiyə hökumətinə müraciət edib oğlunun Türkiyəyə qaytarılmasında yardım göstərmələrini xahiş edəcəyini söyləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
sherg.az

1Mənbələr