AZ

Klopp: “Qvardiola dünyanın ən yaxşı məşqçisidir”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp “Mançester Siti”nin maliyyə pozuntularından danışıb.



Komanda.az “Daily Express”-ə istinadən xəbər verir ki, o, eyni zamanda, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın komandadakı əməyindən danışıb:



“Bu pozuntuların nədən ibarət olduğunu bilmirəm. Mən yalnız komandanın cədvəldə hansı yeri tutduğunu bilirəm. Bütün bunlardan asılı olmayaraq, Qvardiola dünyanın ən yaxşı məşqçisidir. Onu uzaqlaşdırıb başqa mütəxəssis təyin etsəz, komanda ardıcıl dörd dəfə Premyer Liqanın qalibi olmayacaq. Bu, həm onun, həm də futbolçuların əməyidir”.



“Mançester Siti” Premyer Liqanın son turunda “Vest Hem”lə qarşılaşacaq. “Şəhərlilər” qalib gəlsələr, ardıcıl dördüncü dəfə İngiltərə çempionu olacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərMançester Siti yurgen klopp

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
106
50
komanda.az

10Mənbələr