AZ

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib

Latviya Respublikası Parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonunda olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti əvvəlcə 44 günlük Vətən müharibəsinin ilk şəhidlərinin xatirəsinə ucaldılmış abidə, Merdinli kənd məscidi və Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Qonaqlar sonra Füzuli şəhərinə gəliblər. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları onlara işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat veriblər.

Bildirilib ki, erməni vandalları işğal etdikləri digər şəhər və kəndlər kimi Füzuli şəhərini də talayıb və yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Füzuli şəhərində ilk yaşayış məhəlləsinin inşası yekunlaşıb və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı reallaşıb.

Nümayəndə heyəti Füzulidə inşa edilmiş Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəblə də tanış olub və Şuşaya yola düşüb.

Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, deputatlar Kamran Bayramov, Könül Nurullayeva, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov müşayiət ediblər.

11:27

Latviya Respublikası Parlamentinin sədri xanım Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı qonaqlar Ermənistanın 30 ilə yaxın işğal altında saxladıqları Füzulidə törədilmiş dağıntılarla, həmçinin rayon işğaldan azad edildikdən sonra Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.

Qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, deputatlar Kamran Bayramov, Könül Nurullayeva, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov müşayiət edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
8
xalqqazeti.az

10Mənbələr