AZ

Modriç qalır, yoxsa gedir?

"Real" yaxın müddətdə yarımmüdafiəçi Luka Modriçlə müqavilənin uzadılacağını açıqlayacaq. 

Offsideplus.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. 38 yaşlı xorvatiyalının "Los Blankos"la hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır.

Modriçin bu yaxınlarda "Real Madrid"ə maaşını azaltmaqla müqaviləni uzatmağı təklif etdiyi barədə şayiələr yayılıb.

25 kubokla "Real" tarixinin ən çox mükafat alan 3 oyunçusundan biri olan Modriç bu mövsüm bütün turnirlərdə "kral klubu"nun heyətində 43 matçda iştirak edib, 2 qol vurub, 8 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
offsideplus.az

1Mənbələr