AZ

Azərbaycan-İran münasibətlərinin daim gərgin qalması... - Elxan Şükürlü yazır

Azərbaycan və İran prezidentlərinin böyük maraq və diqqətlə izlənilən görüşünün məhz bu günə planlaşdırılmasının xüsusi mənası, dərin siyasi məzmunu var.

Bu gün həm də şiələrin 8-ci imamı - İmam Rzanın (ə) mövludu qeyd olunur.

İki prezidentin məhz belə bir tarixdə görüş keçirməsinin razılaşdırılması ilə öncədən hər iki dövlət və xalq arasında ortaq dəyərlərin, birləşdirici bağların olduğunun və bundan sonrakı münasibətlərdə də məhz bu dəyərlərin, birləşdirici bağların bünövrə, əsas olacağı, anlaşılmazlıq və gərginliklərin çözülməsi istiqamətində real addımların atılacağı mesajı verilir.

Çünki İslam tarixini oxuyanlar yaxşı bilir ki, “Qərib İmam”ın - İmam Rzanın (ə) şəxsiyyəti həmişə müsəlmanlar arasında birləşdirici, bütövləşdirici, bağlayıcı amil olub.

Yeri gəlmişkən, İran prezidenti İbrahim Rəisi ilə Azərbaycan prezidentinin xanımı Mehriban Əliyeva həm də İmam Rza (ə) ilə eyni soydan, eyni kökdəndirlər.

Görüşü, çıxışları diqqətlə izləyin! Çünki Qərb bu görüşün baş tutmaması, Azərbaycan-İran münasibətlərinin daim gərgin qalması üçün indiyədək hər şeyi edib, edir və bundan sonra daha çox edəcək!

Qərbin son 30 ildə əsas strategiyası o olub ki, Rusiya və İran arasında yeganə quru bağ, quru dəhliz olan Azərbaycanda əhali həmişə bu iki ölkəyə - İran və Rusiyaya nifrət üzərində köklənsin, bu iki nəhəng və qüdrətli dövlətlə davamlı konflikt şəraitində yaşasın. Çünki biz İran və Rusiyaya nə qədər nifrət etsək, bu nifrət bizi daha çox Qərbə sığınmağa, onların hər istəyini yerinə yetirməyə vadar edəcək...

Qarabağ üzərindəki qələbəmiz həm də Qərbin 30 illik müasir müstəmləkə siyasətinin təkcə Azərbaycanda yox, bütün Cənubi Qafqazda iflası deməkdir və bu işdə də prezident İlham Əliyevin müstəsna rolu, xidməti var! Ağıllı adamlar bunu yaxşı bilir, qiymətləndirir!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
3
adalet.az

5Mənbələr