AZ

Beynəlxalq insan haqları təşkilatı Fransanı qınayır - Çağırış

Beynəlxalq

“Amnesty International” Beynəlxalq insan haqları təşkilatı Fransa Respublikasının Yeni Kaledoniyada törətdiyi zorakılıqları pisləyib.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı "Haber Global" yayıb.

“Amnesty International” Fransanın hakimiyyətinə səslənərək bu ölkəni Yeni Kaledoniyanın yerli əhalisi sayılan Kanak xalqının hüquqlarını qorumağa çağırıb.

Xəbərdə deyilir ki, bunu təşkilatın Sakit okean üzrə tədqiqatçısı olan Keyt Şutze öz açıqlamasında bildirib.

Hüquq müdafiəçisi qeyd edib ki, Fransa hakimiyyətinin Yeni Kaledoniyada TikTok ilə yanaşı digər sosial şəbəkələrə də girişi bağlamaq, təcrid etmək planları söz və ifadə azadlığının kobud pozulması kimi qiymətləndirilməlidir.

“Amnesty International”-ın Sakit okean üzrə tədqiqatçısı Keyt Şutze deyib:

"İctimai etirazlara cavab olaraq qadağaların tətbiqi dünya hökumətləri üçün təhlükəli presedentlər yarada bilər. Fransa bu hadisələrə ciddi reaksiya verməlidir. Hökumət bu xalqın hüquqlarını qorumalı, həmçinin mütləq olaraq Kanak xalqının fikirlərini nəzərə almalıdır".

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
reyting.az

1Mənbələr