Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində 2 həftədir davam edən yağışların səbəb olduğu daşqınlara görə itkilər artır. Yeniavaz.com yerli KİV-ə istinadla xəbər verir ki, əyalət rəsmiləri tərəfindən verilən açıqlamada 155 nəfərin öldüyü, 94 nəfərin isə itkin düşdüyü bildirilir. Qeyd olunub ki, indiyədək 807 yaralı qeydiyyata alınıb: “Daşqından zərər çəkənlərin sayı 2 milyon 300 mini, evlərini tərk edənlərin sayı isə 620 mini keçib”. Açıqlamada, təbii fəlakət bölgəsindən 82 min 666 nəfərin xilas edildiyi, 77 min 202 nəfərin isə sığınacaqlarda qaldığı bildirilib.