AZ

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

Çinin Baş Kəşfiyyat İdarəsi son illərdə kosmos sektorunda casusluq hallarının aşkar edildiyini bildirib.

Tehsil.biz xəbər verir ki, bu barədə “South China Morning Post” portalı Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, bir sıra ölkələrin kəşfiyyat xidmətlərinin aerokosmik sektorda törətdiyi çoxsaylı casusluq hallarının üstü açılıb. Qeyd olunur ki, Çin məlumat sızmasının qarşısını ala bilib.

“Bəzi ölkələr Çinə kosmik sektorda əsas rəqib kimi baxır və bizi sıxışdırmaq üçün səylərini əsirgəmirlər”, - deyə nazirliyin məlumatında qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
2
tehsil.biz

3Mənbələr