AZ

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsində - FOTO

Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycandakı Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının və Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi professor Cümşüd Nuriyevin, Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Nuriyevanın, Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının baş müəllimi Mayıl Orucovun və həmin kafedranın dosenti S.İbrahimovanın həmmüəllifliyi ilə yazılmış “Zəfər çələngi” kitabının elektron versiyası Fondun https://turktoday.info/ portalına yüklənib.

Tehsil.biz xəbər verir ki, bu barədə fonddan bildirilib.

“Zəfər çələngi” kitabında Prezident İlham Əliyevin milli dövlət quruculuğu, milli təhlükəsizliyin təmin edilməsi, enerji, nəqliyyat, sosial, hərbi və informasiya təhlükəsizlikləri, ekoloji təhlükəsizlik, iqtisadi təhlükəsizlik və ərzaq təminatı, kadr və gənclər siyasəti, gömrük və xarici siyasət sahələrində həyata keçirdiyi tədbirlər təhlil edilib, beynəlxalq və yerli statistik məlumatlar diqqətə çatdırılıb.

Həmçinin Fondun sifarişi ilə nəşr edilmiş və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xalqa bağışlanmış ömürdən anlar” (“Элге берилген өмүрдүн көз ирмемдери”) kitabının qırğız dilindəki variantı https://turktoday.info/ portalına yüklənib. Bu kitabın nəşrində əsasən Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın materiallarından istifadə olunub.

Kitabı qırğız dilinə Rıskulbekov adına Qırğızıstan İqtisadiyyat Universitetinin professoru, Qırğız Respublikasının Əməkdar iqtisadçısı Elmira Cumaliyeva tərcümə edib. Nəşrdə, həmçinin professor Cümşüd Nuriyevin “Heydər Əliyev və Azərbaycanın milli dövlətçilik fəlsəfəsi” və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Əliyevin “Müasir Azərbaycanın qurucusu, xilaskarı və yaradıcısı” məqalələri yer alıb. Bu məqalələri qırğız dilinə Qırğızıstan Milli Yazıçılar İttifaqının üzvü, “Exo Manasa” teleradio şirkətinin baş direktoru Temirbek Şukurbekoviç Toktoqaziyev tərcümə edib.

Hər iki kitab “Uluu Toolor” nəşriyyatında çap edilib. Kitabların PDF versiyalarını linklərdən yükləyib oxumaq olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
2
tehsil.biz

3Mənbələr