AZ

Xəstəliyin başlanmasından 12 il əvvəl əlamətlərini müəyyən etmək mümkün olub

Elm adamları 8623 nəfər arasında uzunmüddətli araşdırma apardıqdan sonra demans əlamətini onun başlamasından 12 il əvvəl müəyyən ediblər.


Aztibb.az “Planet Today” nəşrinə istinadən xəbər verir ki, 537 eksperimental subyektdə sonradan demensiya inkişaf edib ki, bu da xəstəlik üçün risk faktorlarını müəyyən etməyə imkan verib.


Tədqiqatın ilkin mərhələsində bütün iştirakçılar vizual həssaslıq testindən keçiblər. Onlardan üçbucaq görünəndə düyməni basmaq tələb olunub. Sonradan demensiya inkişaf etdirən iştirakçılar üçbucağa daha yavaş cavab veriblər.


Alimlər bu faktı Alzheimer xəstəliyinə xas olan zəhərli amiloid lövhələrinin görmə üçün birbaşa cavabdeh olan beyin nahiyələrinə təsiri ilə əlaqələndiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
aztibb.az

1Mənbələr