AZ

Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələri

Günəşdə baş verən qeyri-adi güclü alovlanmalar Yerdə rəngarəng auroralara səbəb olmaqla yanaşı, həm də onun sakinləri üçün birbaşa təhlükə yaradır.

Medianews.az “Report”a istinadən xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyinin (ESA) ekspertləri məlumat verib.

Mütəxəssislərin fikrincə, geomaqnit qasırğalarının sağlamlığa mənfi təsirləri ulduza atılmalar zamanı planetimizə düşən Günəş radiasiyası ilə bağlıdır. Yer maqnit sahəsi ilə qorunsa da, enerji axınları orbitdəki kosmik stansiya ekipajları üçün təhlükəli ola bilər.

Bundan əlavə, güclü Günəş fırtınaları zamanı radiasiya marşrutları Şimal qütbünə yaxın olan təyyarələrin gövdəsindən keçə bilər. Buna görə hava yolları bəzən təhlükəli ərazilərdən qaçmaq üçün təyyarələrin hərəkətini tənzimləyir.

Bununla yanaşı, geomaqnit qasırğaları rabitə, naviqasiya və enerji təchizatının geniş şəkildə pozulmasına səbəb ola bilər. 2003-cü ildə Günəş alovları İsveçdə elektrik enerjisinin uzun müddət kəsilməsi ilə nəticələnib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
12
medianews.az

10Mənbələr