Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəSumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində sursat aşkar edilməsibarədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə,məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin(XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlbedilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiqtəhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxışzamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əlqumbarası olduğu müəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindənzərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.