AZ

Ürək-damar xəstəliklərinə tutulmamaq üçün nə etməli?

Ürək-damar xəstəlikləri dünya miqyasında ölümün əsas səbəbi olaraq qalır. Bu fakt qan dövranı sisteminizin sağlamlığı haqqında düşünmək üçün kifayətdir. Üstəlik ürək-damar xəstəlikləri əksər hallarda simptomsuz keçir, ilk narahatlıq isə ciddi nəticələrə səbəb ola bilər.
 
Bu barədə Aztibb.az-a məlumat verən ürək damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Ramil Əliyev bildirib ki, ən çox yayılmış ürək xəstəlikləri stenokardiya, aritmiya, koronar ürək xəstəliyi, ürəyin fibrilasiyası və miokard infarktıdır.
 
Həkimin sözlərinə görə, bu xəstəliklərə tutulmamaq üçün aşağıdakılara əməl etmək lazımdır:
Daimi fiziki aktivlik. İlk növbədə, idman haqqında düşünün. Qan damarlarının ən əsas düşməni fiziki aktivliyin olmamasıdır. Hərəkətsiz həyat tərzi sizin həyatınızı 4-7 il (çəkinizdən asılı olaraq) azaldacaq.;
 
Çəkinizə nəzarət edin və belinizi ölçün. Hədəfiniz çəkinizi azaltmaq deyil, sağlam və balanslı bir pəhrizdir;
Sağlam pəhriz. Həddindən artıq yemək və bəzi qidalardan çox istifadə etmək ciddi nəticələrə səbəb olur.;
Mütəmadi olaraq ildə ən azı bir dəfə lipid spektri üçün qan analizini vermək – bunlar fərqli xolesterol növləridir. Yeri gəlmişkən, xolesterolun yüksək səviyyədə olmasını hiss etməyəcəksiniz – o, özünü heç cür büruzə vermir. Vaxtında tibbi yardım almaq üçün ildə ən azı bir dəfə onun səviyyəsini yoxlamaq lazımdır.
 
Ramil Əliyev qeyd edib ki, siqaret və alkoqoldan imtina etmək lazımdır: "Ürək-damar xəstəliklərindən ölümlərin 10%-nə səbəb siqaret çəkməkdir. Siqaretin tüstüsü qan damarlarına zərərlidir, inkişafın ağırlaşma riskini 20-30% artırır. Alkoqol isə atrial fibrilyasiyanın inkişafı ehtimalını 16% artırır. İki dəfə çox içənlər üçün risk 28%-ə yüksəlir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
aztibb.az

1Mənbələr