Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında bu dəfə xəstələrin göz nurunun qayğısına qalan təcrübəli həkim-oftalmoloq Mikayılova Yeganə Qulu qızı haqqında məlumatları təqdim edir.
O, 1965-ci ildə Yevlax rayonunda anadan olub. 1984-1990-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1990-1991-ci illərdə Zərifə Əliyeva adına Göz Xəstəlikəri İnistitutunda internatura keçib.
YeganəMikayılova 1991-ci ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim-oftalmoloq kimi fəaliyyət göstərir.