AZ

Alimlər evdə hazırlanan yeməklərdə olan xərçəngin mənbəyini müəyyən ediblər

"Gastric Cancer" jurnalında dərc edilən yeni bir araşdırma, evdə hazırlanan yeməklərdə əlavə duzun xərçəng riskini 41% artırdığını göstərib.


Aztibb.az qeyd olunan jurnala istinadən xəbər verir ki, alimlər 11 il ərzində 471 mindən çox insanın məlumatlarını təhlil ediblər. Onlar müəyyən ediblər ki, hazır qidalara duz əlavə edən insanlar mədə şişlərinə daha çox həssasdırlar.


Həkim Konstantin Spaxov duzun həddindən artıq istehlakının təhlükəsini təsdiqləyib, müxtəlif xəstəliklərlə, o cümlədən mədə xərçəngi, böyrək daşları, şəkərli diabet və osteoporozla əlaqəsini göstərib.


O, yeməklərinizə duz əlavə etmək vərdişindən qurtulmaq üçün duzu masadan götürməyi və həmçinin duz qəbulunuzu izləməyi məsləhət görüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
aztibb.az

2Mənbələr