AZ

Slovakiyanın baş naziri yenidən əməliyyat olundu

Sui-qəsdə məruz qalaraq ağır yaralanan Slovakiyanın Baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır.

Bu barədə Slovakiyanın səhiyyə naziri Zuzana Dolinkova məlumat verib.

Nazir əlavə edib ki, bu gün Robert Fitso yenidən əməliyyat olunub.

“Əməliyyat iki saat davam edib və cərrahiyyə əməliyyatı uğurla tamamlanıb” – deyə Slovakiyanın səhiyyə naziri qeyd edib.

Xatırladaq ki, mayın 17-də yazıçı Yuray Sintula Handlovda Slovakiya Milli Şurasının iclasından çıxarkən Baş nazir Robert Fitsoya silahlı hücum edib. Sintula Fitsonu ov tüfəngi ilə vurub. Sintula baş nazirə hücumda günahını etiraf edib.

Mənbə: Bild

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
6
dogru.az

7Mənbələr