AZ

"Çingene kızı Zeugma" türk filminin Bakıda qala-gecəsi baş tutub

"Gənclik” TM-də yerləşən "CineMastercard” premium kinoteatrında Türkiyənin istehsalı olan "Çingene kızı Zeugma” komediyasının qala-gecəsi baş tutub. 

Tədbirdə filmin prodüseri İbrahim Akbaba, rejissoru Kamil Çetin və rolları canlandıran aktyorlar İnan Ulaş Torun, Aysel Nazim, Orhan Aydın, Didem Taslan, Hakan Bulut, Nicholas Facey və Bekir Aslantaş iştirak ediblər.

Baş rol ifaçısı Aysel Nazim əslən azərbaycanlıdır. 

Türkiyəli qonaqlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarlarla şəkil çəkdiriblər.

Filmin süjetinə gəlincə, hamı həyəcanla Amerikadan Qaziantep Zeuqma muzeyinə gətirilən "Qaraçı qız” mozaikasını gözləyir. 

Muzey müdiri Esra və mühafizəçi Zekidən də həyəcanlı insanlar var: Barbaros və adamları... 

Mozaika birdən yoxa çıxanda, hamı bir-birindən şübhələnməyə başlayır. 

Bəs mozaikanı kim oğurlayıb?

Film "CineMastercard” kinoteatrlarında nümayiş olunur.

Ülviyyə
 





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
12
arqument.az

10Mənbələr