Çin son 10 ildə Tacikistan iqtisadiyyatına təxminən 3,8 milyard dollar sərmayə qoyub.Elchi.az xəbər verir ki, bunu Tacikistan prezidenti Emoməli Rəhmon Çinin xarici işlər naziri Vanq İ ilə görüşündə qeyd edib.“Çin ölkəmizin ticarət, iqtisadi və investisiya sektorunda ən böyük tərəfdaşlarından biridir. Son on ildə Çinin Tacikistan iqtisadiyyatına qoyduğu investisiyaların ümumi həcmi 3,8 milyard dollar təşkil edib”, – deyə Rəhmon bildirib.O, Tacikistan tərəfinin Çinlə yaşıl və rəqəmsal iqtisadiyyat, süni intellekt və yaşıl texnologiyalardan istifadə etməklə istehsalın yaradılması sahələrində əməkdaşlığın qurulmasında maraqlı olduğunu vurğulayıb.Tərəflər sənaye, xüsusilə mədənçıxarma sənayesi, o cümlədən nəqliyyat, energetika və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər. Bundan əlavə, görüşdə təhlükəsizlik, o cümlədən müasir təhdid və çağırışlarla mübarizə sahəsində əməkdaşlıq məsələlərinə toxunulub.Havar Şəfiyeva
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta