AZ

Avropada leysan yağışlar – İnsanlar xilas edildi, maşınlar su altında qaldı 

May ay yalnız Azərbaycanda deyil, həmçinin Avropanın müxtəlif bölgələrində də hava qeyri-sabit keçir.

 

Viral.az-ın məlumatına görə, gecədən yağan güclü yağışlar Almaniya, Belçika və Niderlandın bəzi bölgələrində daşqınlara səbəb olub, küçələri və binaları su basıb, bir çox ərazidə insanlar təxliyə edilib.

 

Almaniyanın cənub-qərbindəki Saarland əyalətində küçələr su altında qalıb. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə fövqəladə hallar işçilərinin yerli sakinləri qayıqlarda təhlükəsiz yerə apardığını görmək mümkündür.

 

Ölənlər barədə məlumat verilməsə də, ən azı bir nəfər yaralanıb. Almaniya kansleri Olaf Şolts bölgəyə səfər edib. Saarland əyalətinin baş naziri Anke Rehlinger vəziyyəti “çox gərgin” olaraq xarakterizə edib.

 

Belçikanın Lyej əyalətində yarışlar güclü daşqınlara səbəb olub, səlahiyyətlilər yardım üçün yüzlərlə müraciət alıb və əraziyə 150 yanğınsöndürən göndərilib.

 

Niderlandın Limburq əyalətində sel sularına görə onlarla insan təxliyə olunub, Fransanın şimal-şərqindəki Moselle bölgəsi güclü yağışlardan sonra çaylarda suyun səviyyəsi yüksəlməsinə görə daşqın təhlükəsi ilə üzləşib.

 

İtaliyanın şimalında tufan və leysan nəticəsində bir neçə bölgə su altında qalıb. Sakinləri su basmış evlərdən xilas etmək üçün qayıqlardan istifadə ediblər.

 

İtaliyanın cənubunda isə qeyri-mövsümi isti dalğası yaşanır, Siciliyada temperatur 35°C-ə qədər yüksəlib. Sardiniya quru hava su qıtlığına və zəif məhsula gətirib çıxarıb.

 

Asiyada isə şiddətli istilər hökm sürür. Hindistanın şimalında yüksək temperaturla əlaqədar paytaxt Yeni Dehli və ətraf ştatlarda xəbərdarlıq edilib. Dünən paytaxt Yeni Dehlidə havanın temperaturu 47,1 dərəcəyə çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
194
26
viral.az

10Mənbələr