Türkiyə Super Liqasında 37-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Demirspor” səfərdə "Antalyaspor"un qonağı olub.
Görüş ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Şahruddin Məhəmmədəliyevin start heyətdə meydana çıxıb və 90+2-ci dəqiqədə əvəzlənib.
37 turdan sonra 44 xal toplayan "Adana Demirspor" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.