AZ

Rəqiblərimizin oyununda Ukrayna qələbə qazanıb

Azərbaycanda təşkil olunan kişi voleybolçular arasında Qızıl Avropa Liqasının 1-ci turu çərçivəsində növbəti oyun baş tutub.

İdman.biz xəbər verir ki, Ukrayna və Rumıniya yığmaları üz-üzə gəliblər.

Bu gün GİN-in Voleybol Mərkəzində keçirilən matç Ukrayna komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ilk turda Rumıniyaya uduzan Azərbaycan millisi növbəti oyununu sabah Ukrayna yığmasına qarşı keçirəcək.

Qızıl Avropa Liqası
Kişilər
I tur (Azərbaycan)
18 may

Rumıniya - Ukrayna – 1:3 (25:20, 21:25, 23:25, 19:25)

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
idman.biz

1Mənbələr