AZ

"Neftçi" 14:0 uddu, Azərbaycan çempionu oldu, ilkə imza atdı

“Neftçi”nin qızlardan ibarət komandası Yüksək Qızlar Liqasında bu mövsüm sonuncu oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, baş məşqçisi Siyasət Əsgərov olan komanda 18-ci turda “İnter” (Xaçmaz) ilə qarşılaşıb.

“Neftçi” Futbol Mərkəzində baş tutan görüşdə 14:0 hesabı ilə qalib gələn “ağ-qaralar” ölkə çempionu olub.

Beləliklə, qadınlar arasında keçirilən Çempionlar Liqasında iştirak etmək hüququ qazanan “Neftçi” bununla da Azərbaycan futbolu tarixində daha bir ilkə imza atıb.

Seçilən
236
50
sportinfo.az

10Mənbələr