AZ

TDT beynəlxalq aləmdə effektivliyini gündən-günə artırır

Möhkəm bağlar üzərində qurulan Türk Dövlətləri Təşkilatı (TDT) beynəlxalq aləmdə görünmə gücünü və effektivliyini gündən-günə artırır. Birgə səylərimiz nəticəsində ailə məclisimiz fəaliyyətini artıraraq beynəlxalq arenada diqqət çəkən, üçüncü dövlətlərin də əməkdaşlıq etmək istədiyi güclü və nüfuzlu bir təşkilata çevrilib. Hədəfimiz Türk dünyasını hər sahədə gücləndirmək və müxtəlif çətinliklər qarşısında daha dayanıqlı etməkdir.

 

Viral.az xəbər verir ki, bu fikirləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk İnvestisiya Fondunun açılış mərasimində ifadə edib.

 

Təşkilata üzv ölkələrin prezidentləri tərəfindən həyata keçirilən fəaliyyətlərin Türk dünyasının ortaq maraqlarına xidmət etdiyini qeyd edən Yılmaz, mühüm qərarların qəbul edildiyi İstanbul, Səmərqənd və Astana sammitlərindən sonra TDT-nin nüfuzunu daha da artırdığını vurğulayıb.

 

Fondun quruluşunu tarixi hadisə kimi qiymətləndirən Yılmaz bunun son illərdə atılan konkret addımlardan biri olduğunu və TDT-nin bu gün sadəcə liderlərin bir araya gəldiyi struktur olmaqdan çıxaraq, hər sahədə əməkdaşlığın inkişaf etdiyi, dərinləşdiyi bir quruma çevrildiyini deyib.

 

Tədbirdə Türkiyənin Türk İnvestisiya Fonduna ev sahibliyi edəcəyinə dair saziş imzalanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
3
viral.az

6Mənbələr