AZ

“Ukrayna ABŞ-dən Rusiyadakı hərbi obyektləri vurmaq üçün icazə alıb” – WSJ


Ukrayna ABŞ Prezidenti Co Bayden administrasiyasına Ukrayna Silahlı Qüvvələrinin öz silahları ilə zərbə endirə biləcəyi hədəfləri müəyyənləşdirməyi, habelə Amerika silahlarının istifadəsinə qoyulan müvafiq məhdudiyyətləri aradan qaldırmağı xahiş edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ hərbi qulluqçularına və məmurlarına istinadən məlumat yayıb.
Bildirilir ki, Ukraynanın müraciəti ötən həftə daxil olub və hazırda Amerika hakimiyyəti tərəfindən baxılır.
“Onlar ABŞ-dən Rusiya ərazisindəki obyektlərə zərbə endirmək üçün kömək istədilər. Buraya təkcə silah sistemləri deyil, həm də zərbələrin həyata keçirilməsində əlavə yardım da daxildir”, - ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Çarlz Braun bildirib.
Nəşr xatırladır ki, ABŞ əvvəllər Ukraynaya uzaqmənzilli ATACMS raketləri verib, lakin onlardan Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadə olunmamaq şərti ilə. Mayın ortalarında “Politico” xəbər verib ki, Ukrayna rəsmiləri ABŞ hakimiyyətini Rusiya ərazisinə zərbələr endirmək üçün təchiz edilmiş silahlardan istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandırmaq üçün Vaşinqtona gəliblər.
Öz növbəsində, Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Kirbi mayın 17-də bildirib ki, Birləşmiş Ştatlar Rusiya ərazilərinə hücum üçün Ukraynaya verilən silahlardan istifadə edilməsinə qarşıdır:
“Biz Rusiya ərazisində ABŞ-nin təchiz etdiyi silah sistemlərindən istifadə edərək hücumları təşviq etmirik və icazə vermirik. Bu, dəyişməmiş siyasətdir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
16
yeniavaz.com

10Mənbələr