AZ

Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"

Ukrayna lideri Vladimir Zelenski Fransa prezidenti Emmanuel Makronun Paris Oyunları zamanı "Olimpiya atəşkəsi" təklifini rədd edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, "France Press" agentliyinə müsahibəsində bəyan edib.
 
"Biz düşmənin əlinə oynayan istənilən atəşkəsin əleyhinəyik", - o, deyib.
 
Zelenski izah edib ki, Ukrayna sülhün və müharibənin bitməsinin əleyhinə deyil, lakin Moskva belə fasilələrdən istifadə edərək Ukrayna ərazisinə əlavə qoşunlar yeridir və yeni qüvvə ilə növbəti hücuma hazırlaşır.
 
"Kim Rusiyanın bu zamandan istifadə etməyəcəyinə zəmanət verə bilər ki?" - Zelenski Makrona belə cavab verib.
 
O, həmçinin deyib ki, Rusiyanın Xarkova hücumu "bir neçə dalğadan" ibarət əməliyyatdır.
 
"Birinci dalğa"nın yekunu olaraq Ukrayna Silahlı Qüvvələri (USQ) vəziyyəti nəzarətə götürə bilib, lakin Rusiya ordusunun regionu bundan sonra da zəbt etməyə cəhd göstərməsi riski hələ qalır.
 
"Onlar hücum etmək istəyir, lakin anlayır ki, Xarkova hücum etmək çox çətindir. Bu, böyük şəhərdir, onlar anlayır ki, bizim uzun müddət döyüşmək üçün gücümüz var", - Zelenski deyib.
 
Onun sözlərinə görə, USQ Rusiya ordusunu sərhəddən 5-10 km aralda dayandıra bilib. Ukrayna prezidenti vurğulayıb ki, bu, "böyük uğur deyil".
 
Vladimir Putin isə öz növbəsində bəyan edib ki, Rusiya başlanan hücumun gedişində Xarkovu ələ keçirmək niyyətində deyil. "Bu gün üçün belə planlarımız yoxdur", - o, bunu Çində mətbuat konfransında deyib.
 
Bundan öncə Makron uyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Olimpiya Oyunları günlərində atəşkəsə çağırış edib. 
 
Fransa prezidentinin təklifi təkcə Ukraynada müharibəyə deyil, həm də digər böyük, o cümlədən Qəzza bölgəsi və Sudan münaqişələrinə də aiddir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
moderator.az

1Mənbələr