AZ

Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub

"Rəsmi versiyaya görə, partlayış Böyük Vətən müharibəsi dönəminin döyüş sursatının detonasiyası nəticəsində baş verib..."
 
Dünən axşam Budyonnı adına Sankt-Peterburq Hərbi Akademiyasının ərazisində partlayış baş verməsi barədə məlumat daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.
 
Yerli KİV-lər məlumat verib ki, Akademiya mühasirəyə alınıb, hadisə yerinə yanğınsöndürənlər, tibb işçiləri və digər təcili xidmət briqadaları gəlib.
 
İlkin məlumatlara görə, yeddi hərbçi zərər çəkib, onlar "Müdafiə Nazirliyinin tibb müəssisəsinə göndərilib".
 
Partlayışın səbəbi barədə rəsmi versiya "Böyük Vətən müharibəsi dönəminin 76 mm-lik döyüş sursatının öz-özünə detonasiyasıdır".
 
Təbii ki, bir çoxları bu səbəbə inanmayıb və güman edib ki, hərbi müəssisə Ukraynanın kamikadze-dronunun hücumuna məruz qalıb.
 
Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov elan edib ki, "hadisə terror xarakterli deyil" və bloger və Telegram-kanalları təlaş törətməməyə və dürüst olmayan məlumatları yaymamağa çağırış edib.
 
O, həmçinin deyib ki, baş vermiş hadisə şəhər administrasiyasının deyil, Müdafiə Nazirliyinin məsuliyyət zonasındadır.
 
Sankt-Peterburq və Leninqrad vilayəti PUA-ların hücumuna tez-tez məruz qalmır. 
 
Yanvar ayında ilk dəfə Leninqrad vilayətində "Ust-Luqa" limanındakı obyekt dron hücumuna məruz qalıb. NOVATEK şirkətinin terminalında yanğın baş verib. Şirkət dron hücumu barədə məlumat verib. Ukrayna mənbələri iddia edib ki, bu, Ukrayna Təhlükəsizlik Xidmətinin əməliyyatı olub.
 
Yanvarın 31-də HHM tərəfindən vurulan dron Sankt-Peterburqda "Nevski mazut" şirkətinin ərazisinə düşüb.
 
Mart ayında məlumat verilib ki, Sankt-Peterburq Böyük Limanında dronların tez-tez hücumu səbəbindən ammonyak şorasının daşınması dayandırılıb.
 
Aprel ayında Sankt-Peterburq administrasiyası qanun layihəsi dərc edib, buna uyğun olaraq dronlar hücumularının nəticələri barədə istənilən informasiyanın yayılması qadağan ediləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
moderator.az

1Mənbələr