AZ

Yığmamız avroliqada növbəti oyununda uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında ikinci oyununu keçirib. "Rekord az" xəbər verir ki, komandamız Xorvatiyada təşkil olunan 1-ci tur çərçivəsində Slovakiya ilə üz-üzə gəlib. 

Görüşə daha yaxşı başlayan Faiq Qarayevin yetirmələri ilk hissədə qələbə qazanıblar. Lakin bundan sonra rəqib üstünlüyü ələ alıb. 4 set davam edən matçda komandamız 1:3 hesabı ilə uduzub.

Beləliklə, Xorvatiyanı məğlub edən və Slovakiyaya uduzan komandamız 1-ci turu 3 xalla başa vurub.

Qeyd edək ki, 2-ci turun oyunları 24-26 may tarixlərində Rumıniyada baş tutacaq. Rəqiblərimiz isə meydan sahibi və İsveç yığması olacaq.

Qızıl Avropa Liqası 

18 may

1-ci tur

Slovakiya - Azərbaycan 1:3 (21:25, 25:19, 25:16, 25:20)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
rekord.az

1Mənbələr