AZ

Aleks De Souza Super Liqaya qayıtdı

Super Liqa təmsilçilərindən "Antalyaspor" klubunun sədr müavini və mətbuat sözçüsü Alkan Evren braziliyalı Aleks de Souza ilə məşqçi kimi 2 illik müqavilə imzaladıqlarını açıqlayıb.

Apasport.az xəbər verir ki, klub rəsmisi "AA" nəşrinə açıqlamasında Alkan Evren məşqçi Sergen Yalçının mövsümün sonunda postunu tərk edəcəyini xatırladıb.

Klubda gələn il bir çox məşqçinin gündəmdə olduğunu bildirən Evren, bir müddət "Fənərbaxça"da da çıxış edən Aleks de Souza ilə danışıqların müsbət nəticələndiyini vurğulayıb: "Alekslə 2 illik müqavilə imzaladıq. Mehmet Aurelio və 2 braziliyalı məşqçi onun köməkçisi olacaq”. 

Məşqçilik karyerasına 2021-ci ildə Sao Paulo - U20 komandasında başlayan Aleks de Souza əsas komandada ilk dəfə baş məşqçi təcrübəsini 2023-cü ildə "Avai"də keçirib.

Qeyd edək ki, futbolçu karyerası ərzində 8 il “Fənərbaxça”da çıxış edən braziliyalı "sarı-göylülər"in heyətində 3 Super Liqa, 1 Türkiyə Kuboku və 2 Türkiyə Super Kubokunun qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
apasport.az

1Mənbələr