AZ

26 ildir itkin düşən şəxs qonşu evin zirzəmisindən tapılıb

26

Əlcəzairdə 26 ildir itkin düşmüş Ömər bin Omran evindən 200 metr aralıdakı evin zirzəmisindən tapılıb. 1990-cı illərdə Əlcəzairdə vətəndaş müharibəsi zamanı Ömər yoxa çıxarkən 10 yaşı olub.

Reyting.az
xəbər verir ki, səlahiyyətlilər hazırda 45 yaşı olan Öməri saxlamaqda şübhəli bilinən 61 yaşlı kişini həbs edib.

Xatırladaq ki, 1990-cı illərdə Əlcəzairdə hökumətlə islamçı qruplar arasında vətəndaş müharibəsi olub. 11 il davam edən və 2002-ci ildə sona çatan qarşıdurmalarda təxminən 200 min insanın öldüyü, ən azı 20 min insanın qaçırıldığı təxmin edilir. AiləsiÖmərin də bu insanların arasında olduğunu düşünüb.

Lakin Ömər itkin düşəndən 26 il sonra - mayın 12-də böyüdüyü evin yaxınlığındakızirzəmidə - ot qalaqlarının altında tapılıb. Prokurorluq aldığı informasiya əsasında tədbir görüb, polislər evə gəlib və axtarış zamanı Öməri tapıblar.

Ədliyyə rəsmiləri əlavə edib ki, şübhəli şəxs polisin basqını zamanı qaçmağa cəhd göstərsə də, buna nail ola bilməyib.

Ədliyyə Nazirliyi istintaqın davam etdiyini, Ömrə tibbi və psixoloji yardım göstərildiyinibildirib.

Polisə ifadəsində Ömər deyib ki, girov saxlandığı zirzəmidən hərdən ailəsini görüb, lakin qorxudan səsini çıxarmayıb. Zərərçəkmişin sözlərinə görə, onu oğurlayıb girov saxlayan şəxs bildirib ki, ailəsindən yardım istəsə və səsini çıxarmağa cəhd etsə öldürüləcək.

Qeyd olunur ki, Ömərin anası 2013-cü ildə dünyasını dəyişib.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
reyting.az

1Mənbələr