AZ

Ruslar Volçansk şəhərini viran qoyub

Ruslar

Ukraynanın Xarkov vilayətinin Volçansk şəhəri rus ordusunun hücumu nəticəsində praktiki olaraq dağıdılıb.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.

Onun sözlərinə görə, ruslar idarə olunan hava bombalarının zərbələri ilə şəhəri xarabalığa çevirib.

“Volçansk şəhəri, təəssüf ki, düşmən tərəfindən praktiki olaraq məhv edilib, lakin düşmənə boyun əyməyib, şəhər Ukrayna ordusunun nəzarətindədir”,- Kovalenko əlavə edib.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
reyting.az

1Mənbələr