AZ

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təhsil müəssisələrində monitoriq prosesinin gedişatına baxış keçirildi – VİDEO/FOTO

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev sektor müdirləri və idarə əməkdaşları ilə birgə monitoriq prosesinin gedişatını izləyiblər.
“7Times.az” xəbər verir ki,Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əhatə etdiyi Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayon (şəhər) üzrə fəaliyyət göstərən 72 mərkəzdə IV siniflər üzrə 8337 şagird bugün monitorinq prosesində iştirak edib.
Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır.

Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinifə keçmələrinə təsir göstərmir.
Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.
Gülay
7Times.az 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
7times.az

1Mənbələr