AZ

İntizam pozuntularına görə 8 vəkil cəzalandırılıb

Azərbaycan Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Aznews.az xəbər verir ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib.

İclas gündəliyinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasından daxil olan müraciətlərə, xarici dövlətlərin Vəkillər kollegiyalarına üzv olmaq istəyən hüquqşünaslara onların ölkəmizdə vəkilliyə qəbul olunmaları üçün tələblərə cavab vermələri barədə arayışlara rüsumun tətbiq edilməsi məsələsinə baxılaraq müsbət qərarlar çıxarılıb.

Sonra iclasda ARVK-nın cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılması və terrorçuluqla mübarizə sahəsi üzrə səlahiyyətli məsul şəxsinin müəyyən edilməsi qərara alınıb.

Həmçinin dövlət qulluğunda olması ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılan Cahangir Rəhimovun fəaliyyətinin bərpa olunması barədə müraciətinə baxılıb və müsbət qərar qəbul edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
29
aznews.az

10Mənbələr