AZ

“İqtidar-müxalifət görüşü normal siyasi münasibətlər sistemini formalaşdıracaq“ - Arzuman Abdulkərimov

Prezident Administrasiyası tərəfindən dövlət orqanalrı, həmçinin 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş Azərbaycanın siyasi gündəminin əsas müzakirə mövuzusudur. 
Bu görüşü iqtidar-müxalifət münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirənlərlə yanaşı, Azərbaycanda siyasi fəaliyyətin çərçivəyə salınmasına yönəlik addım kimi dəyərləndirənlər də var. 
Bu iddiada olanlar əsasən siyasi səhnədə ənənəvi müxalifət kimi tanınan və radikal davranışları ilə fərqlənən qüvvələrdir. 

Onların sözügedən görüşə münasibətdə destruktiv mövqe sərgiləmələri həm də yeni siyasi konfiqurasuyadan kənarda qalmaları ilə bağlıdır. 

Mövzunu 32gun.az-a şərh edən “Hilal” Sosial Araşdırmalar İctimai Birliyinin rəhbəri, siyasi şərhçi Arzuman Abdulkərimov deyir ki, Azərbaycanda 2018-ci ildən başlayaraq yeni siyasi konfiqurasiyanın formalaşdırılmasına start verilib. “44 günlük Qarabağ müharibəsindən sonra proses daha sürətlənib. “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edilib. Bir çox partiyanın qeydiyyat və ofis problemi həll edilib. Hakimiyyət nümayəndələri müxalif partiyalarla vaxtaşırı görüşlər keçirib və beləliklə, iqtidar-müxalifət münasibətləri yeni mərhələyə qədəm qoyub”, - deyə Arzuman Abdulkərimov bildirib.

Onun sözlərinə görə, yeni düzəndə əsasən dövlətçilik, ölkənin taleyüklü məsələlərindən həmrəylik göstərən, beynəlxalq güclərin əlində oyuncağa çevrilməmiş qüvvələrin cəmləşməsinə üstünlük verilir: “Bu fonda iqtidarla sağlam rəqabət aparan müxalifət partiyalarına privilegiyaların verilməsi başadüşüləndir. Onlarla təmaslar, cəmiyyəti narahat edən məsələlərin müxakirəsi, əhəmiyyətli qərarların qəbulunda onların rəyinin öyrənilməsi əlbəttə ki, müsbət hal kimi dəyərləndirilməlidir. 

Firkimcə, prosesin inkişafı Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxaracaq”.  
Aruzman Abdulkərimov prosesə kölgə salmaq cəhdlərinə də toxunub: “Təəssüf ki, prosesi gözdən salmaq istəyən qüvvələr də var. Bəzi radikal qüvvələr ölkədə siyasi həmrəyliyin olmasında maraqlı görünmür. Bu da səbəbsiz deyil. Onlar əsasən xaricdən maliyyələşir, Azərbaycanı sevməyən beynəlxalq təşkilatlar tərəfindən idarə olunur. 

Onlar tədbirə kölgə salmaq üçün hətta vaxtilə müttəfiq olduqları partiyaları, onların liderlərini belə, ləkələməkdən çəkinmirlər. 
Hesab edirəm ki, həmin qüvvələr öz fəaliyyətlərinə daha yaxşı nəzər yetirməlidir. Dünyanın hər yerində iqtidarla müxalifət arasında görüşlər, polemikalar müsbət hal kimi dəyərləndirilir. Amma bizdəki bu radikal qüvvələr hələ də məsələlər 90-cı illərin siyasi təfəkkürü ilə yanaşır, qaraguruhçuluqdan qurtula bilmirlər. Təbii ki, bu çox təəssüf doğurur. Həmin qüvvələr bir daha düşnməli, Azərbaycandakı siyasi, iqtisadi və hərbi uğurları görməzdən gəlməməlidir”.
Ayxan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
32gun.az

2Mənbələr