AZ

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Qazaxıstan Rusiya ilə əldə etdiyi razılaşmaya əsasən, bu ölkədan idxal etdiyi xam şəkərin miqdarını artıra biləcək. 


Gündəm.az Rusiya mediasına istinadən xəbər verir ki, razılaşmaya görə Qazaxıstan Rusiyadan il ərzində əlavə olaraq 100 min ton xam şəkər idxal etmək imkanı qazanacaq. 


Qeyd edək ki, Rusiyada şəkər qiymətlərinin artmasından sonra ixraca məhdudiyyət gətirilib. Məhdudiyyət Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrə də tətbiq olunub. Bu qərara əsasən, şəkər birlik üzvlərinə kvota ilə ixrac olunur. 


İl ərzində Ermənistana 28 min ton, Belarusa 5 min ton, Qazaxıstana 120 min ton, Qırğızıstana 28,5 min ton şəkər ixrac etməyə icazə verilir. 


Azərbaycan da Rusiyadan şəkər alır. Amma ölkəmizin Rusiyadan asılılığı böyük deyil. Çünki Azərbaycan şəkərin çox hissəsini Braziliyadan alır. 


2024-cü ilin birinci rübündə Azərbaycan 47,8 min ton xam şəkər idxal edib. Bunun 36 min tonu, yəni 75 faizi Braziliyadan, 11,8 min tonu Rusiyadan alınıb.(sfera.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
189
17
gundem.az

10Mənbələr