AZ

Siyasi münasibətlər yeni müstəvidə

 

 

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması, iqtidar-müxalifət dialoqunun təşkili və bu sahənin daha da inkişaf etdirilməsi qarşıya qoyulan prioritet vəzifələrdəndir.

 

Prezident İlham Əliyevin dövlətçilik siyasətinin prinsipial istiqamətlərindən biri də iqtidar-müxalifət dialoqunun inkişaf etdirilməsi, siyasi həmryəliyin yaradılması və milli birliyə nail olmaqdır. Ölkədə yeni siyasi konfiqurasiyanın formalaşdırılmasında konstruktiv müxalifət partiyalarının fəal iştirakı da birmənalı olaraq müsbət qarşılanır . Bir neçə gün əvvəl bu məqsədlə Prezident Administrasiyası tərəfindən dövlət orqanalrı, həmçinin 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüşün təşkil olunması mühüm əhəmiyyət kəsb edir.

 

Bunu açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

 

Hüquq müdafiəçisi ölkəmizdə siyasi dialoqun 2018-ci ildən sonra yeni mərhələyə qədəm qoyduğunu bildirərək deyib ki, həmin il keçirilən prezident seçkilərində növbəti dəfə xalqın böyük əksəriyyətinin etimadını qazanaraq Prezident seçilən İlham Əliyev ölkəmizdə genişmiqyaslı islahatlara start verdi. İslahatlar sırasında iqtidar-müxalifət dialoqunun intensivləşdirilməsi, siyasi partiyaların fəaliyyətinə əlverişli şərait yaradılması da öz əksini tapdı. Dövlətimizin başçısının sərəncamı ilə Prezident Administrasiyasında Siyasi partiyalarla və qanunverici hakimiyyətlə iş şöbəsi yaradıldı. Şöbənin müdiri Ədalət Vəliyevlə ölkədə fəaliyyət göstərən siyasi partiyaların, ictimai qurumların rəhbərləri arasında görüşlər keçirildi, bir sıra siyasi partiyalar dövlət qeydiyyatına alındı, qərargahla təmin edildi və “Siyasi partiyalar haqqında” Qanuna müvafiq olaraq büdcədən maliyyələşdirildi. Yaradılmış şöbə tərəfindən indiyə qədər görülmüş işlər, aparılmış təhlillər, siyasi partiyalarla yaxından tanışlıq və əməkdaşlığa yönəlmiş çoxsaylı görüşlər, habelə konstruktiv əməkdaşlığın qurulması, yeni siyasi mədəniyyətin təşəkkülü və formalaşmasında əvəzsiz rol oynadı.

 

Hüquq müdafiəçisi deyib ki, Eremənistanın ölkəmizə genişmiqyaslı təxribatları zamanı bir- iki partiya istisna olmaqla, bütün siyasi partiyalar bəyanat verərək Prezidentin siyasətəini dəstəklədiklərini, onun ətrafında sıx birləşdiklərini bəyan etdilər. Bundan sonra Azərbaycanda yeni siyasi konfiqurasiya formalaşdı və siyasi mədəniyyətin inkişafında keyfiyyətcə yeni mərhələ yarandı. Məhz bunların nəticəsidir ki, bu gün cəmiyyətin mənəvi mühiti ölçüyəgəlməz dərəcədə sağlamlaşıb. Vətən müharibəsində və Qarabağda aparılan lokal xarakterli antiterror tədbirlərində müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında qazandığımız möhtəşəm Zəfərin yaratdığı ovqat da bu həmrəyliyə, milli birliyə öz təsirini göstərib. Bu yolda ən mühüm addımlardan biri də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin, siyasi partiya nümayəndələrinin iştirakı ilə ictimai müzakirələrin keçirilməsi, sonra Milli Məclisdə qanunun qəbul edilməsi oldu. Bütün bunlar barəsində siyasi partriya rəhbərləri ilə keçirilən görüşdə ətraflı məlumat verildi. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib, bu istiqamətdə indiyədək görülmüş çoxsaylı işlər barədə bir daha ətraflı məlumat verdi. Siyasi partiyaların cəmiyyətdə artan rolu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biridir. Bu gün siyasi dialoq yeni müstəviyə qədəm qoyub.

 

Ç.Qənizadə deyib ki, artıq dünya birliyi də Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qəbul edir. Bunu xarici ölkələrin dövlət başçılarının, hökumət, QHT, mədəniyyət və incəsənət, habelə aparıcı mediya nümayəndələrinin işğaldan azad edilmiş ərazilərə səfərləri, orada keçirilən tədbirlərdə iştirakları da təsdiqləyir. Milli maraqlar və milli birliyin qorunması naminə ölkənin bütün siyasi partiyalarının, vətənpərvər və intellektual qüvvələrin səfərbər olması vacibdir. Tanınmış hüquqşünasın sözlərinə görə, bu gün iqtidar- müxalifət nümayəndələrinin dialoqunun yeni mərhələyə qədəm qoyması, siyasi partiyaların həmrəyliyi sağlam dialoqun intensivləşməsinin nəticəsidir. Siyasi qüvvələrin nümayəndələrinin də iştirakı ilə keçirilən belə tədbirlərin mütəmadi təşkili milli birliyin və həmrəyliyin daha da möhkəmləndirilməsində mühüm rol oynayar.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
7
xalq.az

8Mənbələr