AZ

DİN-dən xaricdə təhsil almaq istəyənlərə – Xəbərdarlıq


Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xarici ölkələrdə təhsil almaqla bağlı göndərilən təklifləri cavablandırmazdan əvvəl araşdırma aparmağı tövsiyə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə nazirliyin yaydığı xəbərdarlıqda bildirilib.
Xəbərdarlıqda həmçinin xarici ölkələrdə təhsil almaq arzusunu reallaşdırmazdan əvvəl bilmək vacib olan bu məlumatlar öz əksini tapıb:
- Əgər sizə xarici ölkədə təhsil almaq təklif olunarsa, bu, söz halında həyata keçirilməməli, mütləq rəsmi müqavilə təqdim edilməlidir.
- Əgər siz xaricdə təhsil almağa gedirsinizsə, viza tələbə vizası olmalıdır.
- Xaricdə təhsil almaq üçün sizə müqavilə təqdim edilərsə, müqavilə mütləq sizin başa düşdüyünüz dildə, yəni ana dilində olmalıdır.
- Təhsil almağa gedəcəyiniz ölkənin nümayəndəliyi Azərbaycanda yerləşirsə, mütləq ora rəsmi müraciət edərək, sizə təklif olunan təhsil müəssisəsi barədə məlumat alın. Əgər həmin ölkənin nümayəndəliyi ölkəmizdə fəaliyyət göstərmirsə, onda Azərbaycanın Elm və Təhsil Nazirliyinə müraciət edib sizi maraqlandıran məlumatları dəqiqləşdirməyi unutmayın.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
649
1
yeniavaz.com

10Mənbələr