“Builki keçid balları ümumi nəticələrə əsasən formalaşacaq”.

İndex.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı mərhələsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Eləcə də, ixtisasa müraciət edənlərin sayı da keçid balına təsir edən məsələdir. Builki keçid ballarına uşaqların nəticələrindəki orta balın yüksəlməsi təsir edəcək.

Eləcə də, Azərbaycanda bu il iki yeni universitetə də qəbul olacaq. Bu mənada, balların artması yüksəkprestijli ixtisaslarda ola bilər, amma bunu konkret demək çətindir”, – o əlavə edib.