Bu ilin yanvar-aprel aylarında Azərbaycan 39 milyon 955,47 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

İndex.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, bu, 2023-cü ilin ilk 4 ayı ilə müqayisədə 5 milyon 371,41 min ABŞ dolları və yaxud 11,85 % azdır.

Mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,73 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8 milyard 168 milyon 591,68 min ABŞ dolları ixracın, 5 milyard 464 milyon 773,02 min ABŞ dolları isə idxalın payına düşüb.