AZ

Sumqayıt gəncləri qlobal iqlim dəyişikliklərinin həllində COP29-un əhəmiyyətini müzakirə ediblər

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşkil etdiyi “ECO-TALK” forumu şəhər gənclərinin böyük marağına səbəb olub.


Ekologiya.az xəbər verir ki, əsas məqsədi COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyəti barədə gəncləri məlumatlandırmaq və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekologiya yönümlü işlər barədə geniş müzakirə aparmaq olan forum Dövlət himninin səsləndirilməsi ilə başlayıb.


Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.


Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov gənclərin ekoloji sahədə bacarıqlarının vacibliyini və şəhər gənclərinin ekoloji sahədə gördüyü işlər barədə məlumat verib.


Sonra Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Səhiyyə, Elm və Təhsil komitələrinin üzvü Müşfiq Məmmədli, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun əməkdaşı Emiliya Bayramova, ekoloq, “Yaşıl” ekoloji təşəbbüs qrupunun rəhbəri Gülsarə Qasımova-Xudiyevanın iştirakı ilə “Qlobal iqlim dəyişikliklərinin həllində COP29 konfransının əhəmiyyəti” mövzusunda panel görüş keçirilib.


Maraqlı müzakirə, dialoq və təkliflərlə yadda qalan tədbirdə tələbələrin sualları cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
1
ekologiya.az

2Mənbələr