AZ

Azərbaycan mebel idxalına çəkdiyi xərci 12 %-ə yaxın azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 39 milyon 955,47 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, 2023-cü ilin ilk 4 ayı ilə müqayisədə 5 milyon 371,41 min ABŞ dolları və yaxud 11,85 % azdır.

Mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,73 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 13 milyard 633 milyon 364,7 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 8 milyard 168 milyon 591,68 min ABŞ dolları ixracın, 5 milyard 464 milyon 773,02 min ABŞ dolları isə idxalın payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
7
banco.az

8Mənbələr