AZ

Azərbaycanın magistral neft-qaz kəmərləri ilə builki nəqletmənin həcmi açıqlanıb

Magistral neft kəmərləri ilə 12787,8 min ton neft nəql edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Nəqletmənin 75,1 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 9606,6 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə nəql edilən neftin 81,0 faizini və ya 7784,8 min tonunu Azərbaycanda hasil edilən neft, 19,0 faizini və ya 1821,8 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib. Magistral qaz kəmərləri ilə 14207,6 milyon kub-metr qaz nəql edilən və əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,4 faiz azalma müşahidə olunub.

Qazın nəqlinin 52,7 faizi BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 7485,6 milyon kub-metr qaz ötürülüb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
banco.az

1Mənbələr