AZ

Azərbaycanda avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 42,1 milyon ton yük, 546,2 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,4 faiz və 8,4 faiz artım qeydə alınıb.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Belə ki, sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 9,8 faiz, sərnişin dövriyyəsi isə 9,2 faiz artıb.

 Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 3,2 faiz artaraq 74,0 milyon nəfər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
129
banco.az

1Mənbələr