AZ

KİV:Qəzzada atəşkəs danışıqları dayandırılıb

Bu barədə İsrailin dövlət televiziya və radio şirkəti Kan öz mənbələrinə istinadən məlumat yayıb. Münaqişə tərəflərinin girovların azad edilməsi şərtləri ilə bağlı razılığa gələ bilməməsi səbəbindən məsləhətləşmələr dalana dirənib.

Mənbələr qeyd edib ki, tərəflər arasında xüsusilə “müharibənin sonu” termini, eləcə də İsrailin HƏMAS-ın azad edilməsini tələb edə biləcəyi terrorçuların adlarına veto qoymaq tələbi ilə bağlı fikir ayrılıqları çox böyükdür.

2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail, HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və girovların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb.

2023-cü ilin noyabr ayının sonunda Misir və Qətərin vasitəçiliyi ilə bir həftə davam edən müvəqqəti humanitar atəşkəs yaradılıb və bu müddət ərzində İsrailin məlumatına görə, 110 girov azad edilib. Lakin, dekabrın 1-də atəşkəs pozulub, döyüşlər yenidən başlayııb və bu gün də davam edir.

İlkin Nəcəfzadə
AzVision.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
azvision.az

1Mənbələr