Yeni Zelandiyanın Kermadek arxipelaqında 5,8 maqnitudada zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 954 min əhalisi olan Hoks Bey şəhərindən 1,3 km şimalda, ocağı 203 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir.