AZ

Rusiyada hərbi akademiyada partlayış olub -VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində S.M.Budyonnı adına Hərbi Rabitə Akademiyasının təsərrüfat ərazisində partlayış baş verib.

 

Senzor.az bildirir ki, bu barədə Leninqrad Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edilib ki, hadisə akademiyanın zirzəmilərdən birinin təmizlənməsi zamanı baş verib. Partlayış nəticəsində yeddi hərbçi yaralanıb. Zərərçəkənlərin hamısı Rusiya Müdafiə Nazirliyinin Tibb Müəssisəsinə aparılıb və onlara tibbi yardım göstərilir.

Seçilən
196
10
senzor.az

10Mənbələr