AZ

Lerikdə uçqun olan ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürüldü - FOTOLAR (YENİLƏNİB)

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan "32gun.az"a verilən məlumata görə, uçqun baş verən əraziyə gedən yolda Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının alınması məqsədilə həmin istiqamətdə nəqliyyatın hərəkəti nəzarətdə saxlanılır.

Qeyd edək ki, yol hələlik bağlıdır. Ərazidə texnikalar işləyir.

*** 18:13

Lerik rayonunun mərkəzindən 18 kilometr uzaqda yerləşən Çayrud kəndində uçqun olub. Dağdan düşən iri qaya parçası yolu bağlayıb.

"32gun.az"ın məlumatına görə, Rayon Fövqaladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, uçqun zamanı Çayrud kəndinə gedən yol bağlanıb. Hazırda ağır texnikalar əraziyə cəlb olunub, yolun açılması istiqamətində işlər davam etdirilir. Kəndə gediş-gəliş üçün alternativ yoldan istifadə olunur.

Günün sonuna kimi yolun açılması nəzərdə tutulub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
241
1
32gun.az

10Mənbələr