AZ

AMB maliyyə sektorunun üzləşə biləcəyi problemləri müəyyən etmək üçün stress-testlər aparır

Hazırda Azərbaycan maliyyə sektorunda fiziki risklərin təsiri bank kreditlərində müşahidə edilə bilir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Şahin Mahmudzadə "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.

"Daşqınlar və quraqlıqlar kimi risklər bankların kredit portfelinə təsir edir. Belə ki, bunu kənd təsərrüfatı sektorunda və regionlara verilmiş kreditlərdə müşahidə edirik. Təəssüf ki, ölkədə quraqlıq get-gedə artır, torpaqların şoranlaşması genişlənirr. Yağışlar qeyri-bərabər paylanır. Bu problemlər ölkəmizdə hiss edilir", - Ş. Mahmudzadə bildirib.

Onun sözlərinə görə, AMB hazırda stress-testlər aparır ki, maliyyə sektoru hansı sektorlarda hansı problemlərlə qarşılaşa bilər: "Bununla bağlı hansı qabaqcıl tədbirlərin görülməsi üzərində düşünürük. Amma, bu mütləq deyil ki, aqrar sektora təsir etsin. Məsələn, Abşeronda sənaye müəssisələrinin kreditləşməsinə təsir edə bilər".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
2
fins.az

2Mənbələr