AZ

BAZARDA DƏHŞƏTLİ OLAY: Qucağında iki aylıq körpəsi olan qadına hücum edərək, dirsəyi ilə onun başına zərbə vurub

Fransada bazarda insanlara hücum edən və körpəni dirsəyi ilə vuran şəxs saxlanılıb.

32gun.az bildirir ki, bu barədə Le Parisien xəbər verib. 

Paris yaxınlığındakı Draveil kommunasında bir gün əvvəl qeyri-adekvat bir insan diqqət çəkdi. Mayın 16-da səhər o, yerli məktəbin yaxınlığında əlində iki aylıq uşağı olan qadına hücum edib. Hücum edən şəxs dirsəyi ilə körpənin başına bir zərbə endirib və qaçıb. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub. Zərərçəkmiş xəstəxanaya aparılıb və hücum edən şəxs barəsində protokol tərtib edilib.

Daha sonra məlum olub ki, uşağa hücum etməzdən əvvəl bazarda yoldan keçənləri təhqir edən və çantalarını götürməyə çalışan qəribə kişi görüntülənib. Nəticədə 32 yaşlı şübhəli yaxalanıb. Dindirmə zamanı o, saxlanılan şəxs psixiatr tərəfindən müayinə olunduqdan sonra hərəkətlərinin qeyri-ixtiyari olduğunu bildirib; Ekspert belə nəticəyə gəlib ki, o, cinayət məsuliyyəti daşıya bilməz. Hücum edən şəxs hazırda həbsdədir və həkim nəzarəti altındadır.
Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
32gun.az

1Mənbələr